Borcların Bərpası şöbəsinin Mütəxəssisi, Baş mütəxəssis | Banco.az
Rabitəbank

Borcların Bərpası şöbəsinin Mütəxəssisi, Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Borcları n Bərpası  şöbəsinin Mütəxəssisi, Baş mütəxəssis

Əsas vəzifələri:

  • Kredit ödənişlərində olan gecikmə  səbəblərinin araşdırılması
  • Gecikmələrin azaldılması üçün müvafiq tədbirlər planın ın hazırlanması və onun icrası
  • Kredit ödənişlərini gecikdirən müştərilərlə daxili prosedurlara və qanunvericiliyə uyğun aktiv işləməsi (mümkün əlaqə vasitələrindən istifadə etməklə borclu/müştəri, həmçinin zaminlə əlaqə saxlamaq, ehtiyac yarandığı halda  müvafiq ünvalarına getməklə şəxsən görüşmək)
  • Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirilməsi
  • Borclunun ödəmə qabiliyyətinin təhlil edilməsi və borclu ilə birlikdə həll yollarının tapılması
  • Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işin aparılması.
  • Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət edilməsi
  • Borcların bərpasına dair hesabatların hazırlanması

Namizədə olan tələblər:

  • Xüsusi tələblər: stressə davamlılıq, inandırmaq qabiliyyəti, insanların psixologiyasını bilməsi, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, m üxtəlif tipli insanlarla rahat  ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı)
  • İş stajı : kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş staj ının olması
  • Yaş həddi: minimum 25
  • Məsuliyyətli, operativ,dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Təhsil : Hüquq təhsili olanlara üstünlük verilir
  • Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanının olması

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et