Biznes Proseslərinin idarəedilməsi üzrə Mütəxəssis və Aparıcı Mütəxəssis | Banco.az
ABB

Biznes Proseslərinin idarəedilməsi üzrə Mütəxəssis və Aparıcı Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə Biznes Proseslərinin idarəedilməsi üzrə mütəxəssis və aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın müxtəlif struktur bölmələrindən, rəhbərlik tərəfindən daxil olan sorğulara əsasən, habelə Bankın strateji layihələri çərçivəsində nəzərdə tutulan proyektlərin icrası məqsədilə biznes proseslərin optimallaşdırılması;                      
 Biznes proseslərin xəritəsinin hazırlanması;                              
 Texniki tapşırrıların müəyyən vaxt çərçivəsindəı icrası;                                                                                      
 Texnki tələblərə əsasən Bankın real mühitinə yeni və ya təkmilləşdirilmiş funksionalın keçirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 İT mühədisliyi və texniki sahədə ali təhsil
 HTML, CSS, JavaScript, jQuery, AJAX  bilikləri 
 Web Services  üzrə biliklər 
 XML, XSD bilikləri                                                                                  
 BPM və digər bank sistemləri ilə işləmə bacarığı                          
 Bankın biznes prosesləri haqqında məlumatlı olması
 Müvafiq sahədə 3 ildən 5 ilədək təcrübə (Vəzifədən asılı olaraq dəyişəcək) - (Son kurs tələbələri və universiteti yeni bitirmiş namizədlər daha kiçik vəzifələr üçün müsahibəyə cəlb olunacaqdır).

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində Biznes proseslərinin idarəedilməsi sahəsində biliklərinizin inkişaf etdirilməsi ;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 avqust  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Biznes Proseslərinin idarəedilməsi üzrə mütəxəssis və ya aparıcı mütəxəssis)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az