Yelo Bank
Biznes kredit riskləri şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin mütəxəssisi
- Banka daxil olmuş kredit sifarişləri üzrə müştərilərin maliyyə hesabatlarının təhlili, kredit tarixçəsinin yoxlanılması və sosial analizinin aparılması
- Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət çərçivəsinə müvafiq olaraq müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak
- Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsulların və şövbənin işinin optimallaşdırılmasında iştirak
- Bankın kredit portfelinin analizində və hesabatların hazırlanmasında iştirak etmək
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət
Əsas tələblər:
- Ali iqtisadi/riyazi təhsil;
- Bankda risklərin idarə edilməsi/kredit departamentinin bölməsində ən azı 2 il iş təcrübəsi;
- Kredit müraciətlərinin hazırlanması və təhlilində təcrübə
- Analitik qabiliyyət və işgüzar fəallıq
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik
Dil biliyi:
- Azərbaycan;
- Rus və ya İngilis dili biliyi arzu olunandır
Kompyuter bilikləri:
- Microsoft office (Excel mükəmməl səviyyədə).
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin mütəxəssisi) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.