“PAŞA Sığorta” ASC namizədləri Baş anderrayter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Portfeli qorumaqla uyğun sığorta paketini tətbiq etmək və zərərlilik hesabatlarını tərtib etmək üçün maksimum məlumat toplayaraq riskləri müəyyən etmək;
- Riskin səmərəli qiymətləndirilməsi üçün ətraflı məlumatı toplamaq və dəyərləndirmək;
- Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;
- Riski dəyərləndirmək və riskə əsasən ən uyğun tarif və şərtlər müəyyən etmək;
- Aktuari və birbaşa rəhbər ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;
- Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;
- Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);
- Kompyuter bilikləri: Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə bacarıqların olması;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etməsi bacarığı, rus dilinin işlək səviyyədə olması.
- Sığorta biznesində, müştərilərlə işləmə bacarığı daxil olmaqla, ən azı 3 ilə qədər iş təcrübə olması.
Son müraciət tarixi: 30 iyun, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.