Bank sistemlərinin inzibatçılığı qrupunun Lideri | Banco.az
Unibank

Bank sistemlərinin inzibatçılığı qrupunun Lideri

Vakansiya haqqında məlumat: 

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank

Vəzifə:  Bank sistemlərinin inzibatçılığı qrupunun Lideri

Departament: Avtomatlaşdırılmış bank sistemlərinin idarə olunması departamenti

Müqavilə şərtləri: Daimi
 
Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 
 
Başlıca öhdəliklər və məsuliyyətlər
 
• PT-nın inkişafı üzrə biznes tələblərin təhlili;
• Sistem inteqrasiya həllərinin arxitekturasının qurulması;
• Mövcud ABS arxitekturasının ekspertizası;
• Yeni (PL/SQL) funksionalın işlənməsi, mövcud olanın genişləndirilməsi;
• SQL sorğuların və PL/SQL paketlərin optimallaşdırılması; 
• İnformasiya mühiti (ABS, DWH) daxilində, əlaqəli İT sistemlər (Card Processing Center, Automatically Payment System -Cash-in, CRM, Mobile Bank) üçün inteqrativ həllərin işlənməsi və tətbiqi;
• Saxlanılan prosedurların, funksiyaların, qovluqların, triggerlərin yazılması;
• Verilənlər seçimi üzrə SQL-sorğuların yaradılması;
• Tətbiq edilən yeniliklərin və dəyişikliklərin test olunmasının təşkili və keçirilməsi;
• Kənar tərtibatçılarla qarşılıqlı iş, işlənmə üzrə tapşırıqların icra olunmasına nəzarət;
• Texniki həllin işlənməsi, PT-na qarşı tələblərin və texniki tapşırıqların işlənməsi;
• Texniki sənədlərin yazılması.
 
Namizədin Profili
 
• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə) 
• İT sahəsində minimum 2 il iş təcrübəsi;
• Bank sektorunda, prosessinq mərkəzində və yaxud mobil operatorlarda minimum 1 il iş təcrübəsi;
• SQL-ni dərindən bilmək və PL/SQL-də proqramlaşdırma təcrübəsi, kodu keyfiyyətli yazmaq və onu sınaqdan çıxarmaq bacarığı, yad kodu təhlil etmək bacarığı;
• Analitik düşüncə tərzi və fikirlərin şərhinin strukturlaşdırılması, işdə sistemlilik məcburidir;
• Həmkarlarını təlimləndirmək, təcrübəni bölüşmək bacarığı;
• XML ilə iş təcrübəsi mütləqdir;
• BD Oracle inzibatçılığı təcrübəsi arzu olunandır;
• Ödəniş sistemlərinin iş prinsiplərini, tələblərini və iş texnologiyasını bilənlərə üstünlük verilir;
• JAVA-da proqramlaşdırılmanın əsaslarını bilənlərə üstünlük verilir;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Ünsiyyət bacarığı
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 24.07.2016-cı il tarixinədək[email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Bank sistemlərinin inzibatçılığı qrupunun Lideri) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et