Bank of Baku
Bank məhsullarının satışı şöbəsinin kiçik eksperti
Vakansiya haqqında məlumat:
Əsas vəzifə və öhdəliklər
- Bank məhsullarının satışına birbaşa dəstək olmaq
- Bank məhsulları ilə bağlı reklam daşıyıcılarının paylanması
- Bank məhsulları ilə bağlı kampaniyaları müştərilərə çatdırmaq
- Banka yeni müştərilərin cəlb olunması
Seçim meyarları
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
- Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Məsuliyyətli və intizamlı iş yanaşması
- Yüksək ünsiyyət bacarığı
- Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
İş şərtləri
- İş yeri: İnzibati Mərkəz
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək üçün: https://bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform