ATM və POS Terminalların texniki dəstəyi üzrə əməkdaş | Banco.az
Xalq Bank

ATM və POS Terminalların texniki dəstəyi üzrə əməkdaş

Vakansiya haqqında məlumat: 

Vəzifə: İnformasiya Texnologiyaları İdarəsi - ATM və POS Terminalların texniki dəstəyi üzrə əməkdaş

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Bu sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
• Kompyuter bilikləri;
• ATM və POS terminalların iş prinsiplərinə dair biliklər;
• ATM və POS terminalların elektron və mexaniki hissələri barədə biliklər;
• ATM və POS terminalların fəaliyyət göstərən proqram təminatının sazlanmasını, baş verən xətaların müəyyən olunmasını və aradan qaldırılma üsüllarını bilmək;
• Öz işində yeniliklər tətbiq  etmək bacarığı;
• Ən azı B kateqoriya sürücülük vəsiqəsi.

İŞİN TƏSVİRİ:

• ATM və POS-terminalları mütəmadi profilaktikası və təmizlənməsi həmçinin təmiri (kart-rider, dispenser, qəbz printeri, və s.);
• Dispenserə texniki xidmət və kasetlərə nəzarət;
• ATM və POS-terminalların Komputer mexanizminə nəzarət (proqram, konfiqurasiya və s.);
• İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması;
• Pulların dəyişdirilməsi - bir nominaldan başqa nominala keçməsi və kasetlərin valyutasının dəyişdirilməsi;
• Yeni ATM və POS-terminalların quraşdırılması, proqramlaşdırılması və monitorinqi.

QEYD:  Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:   [email protected]

Telefon:   (012) 404 43 39
Faks:       (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et