Aparıcı mütəxəssis-hüquqşünas | Banco.az
Bank BTB

Aparıcı mütəxəssis-hüquqşünas

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Aparıcı mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • İpoteka kreditini Azərbaycan İpoteka Fondu ASC tələblərinə uyğun rəsmiləşdirməkdə, sənədlərin saxlanılmasında və mühafizəsində hüquqi dəstəyi təmin edir;
  • İpotekanın rəsmiləşdirilməsi zamanı Bankı dövlət orqanlarında təmsil edir;
  • Azərbaycan Respublikası İpoteka Fondu ilə bağlı işləri icra edir;
  • Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrini vaxtında uzadılmasını təmin edir;
  • İpoteka şöbəsinin rəhbərinin ipoteka üzrə ona həvalə etdiyi digər vəzifələri  həyata keçirir;
  • Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
  • Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
  • Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır.
  • Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
  • Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
  • Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
  • Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır.

.Namizədə tələblər:  

  • ali hüquqi təhsil;
  • bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə.
  • işgüzar ünsiyyət etikası.
  • məsləhət vermək bacarığı;
  • qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına 14  mart 2017-ci il tarixinə qədər göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aparıcı  hüquqşünas) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et