Anderraytinq və təkrarsığorta şöbəsinin Mütəxəssisi | Banco.az

Anderraytinq və təkrarsığorta şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,

Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçünwww.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Anderraytinq və təkrarsığorta şöbəsinin Mütəxəssisi

Namizədə tələblər

• Yaş: 22-35 
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali tibb təhsili mütləqdir
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Xoş xarici görüş
• Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri

• Satış bloklarından daxil olan sorğuların cavablandırılması
• Tibbi və həyat sığortası üzrə portfelin analizlərinin aparılması
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
• Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması
• Sığorta məhsullarının hazırlanmasında iştirak

İş şərtləri

• Əmək müqaviləsi;
• İş vaxtı 09:00 - 18:00;
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
• Sabit əmək haqqı müsahibə əsasında.

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et