ALM Leading/Senior Specialist | Banco.az
Beynəlxalq Bank

ALM Leading/Senior Specialist

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Aktiv və Passivlərin İdarəedilməsi (Asset and Liability Management) üzrə mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Bankın Aktiv və Passivlərin idarə edilməsində iştirak və buna dair rəhbərliyə gündəlik olaraq hesabatların təqdim edilməsi;
  • Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunması;
  • Bankın balansının idarə olunması və proqnozlaşdırılması modellərinin tərtib olunması;
  • FTP hesabatlığının aparılması və FTP faiz dərəcələrin tətbiqi;
  • Daxili və xarici bazarlarda investisiyalar üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı stress-testlərin həyata keçirilməsi.
  • ALM hesabatlılığın avtomatlaşdırılması və dashboardlar səviyyəsində rəbərliyə təqdim edilməsi.    

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • VBA-excel ilə hesabatların avtomatlaşdırılması; (üstünlük verilir)
  • SQL ilə hesabatların tərtib edilməsi; (üstünlük verilir)
  • Yüksək MS Excel bilikləri və dashboardlar qurmaq bacarığı (Power BI, Tableau);
  • Prezentasiya tərtib etmə və təqdim etmə bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 03 sentyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının ALM Leading/Senior Specialist şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç