Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi | Banco.az
Bank BTB

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Xəzinədarlıq departamenti, Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi                       

 İş barədə məlumat:

  1. Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
  2. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
  3. Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
  4. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
  5. Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
  6. Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər:

  • ali iqtisadi və ya biznes üzrə təhsili;
  • ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
  • İngilis dilini bilmək;
  • analitik qabiliyyət;
  • dəqiqlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  azərbaycan dilində 28 Fevral, 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et