Ağcabədi - Filial müdiri | Banco.az

Ağcabədi - Filial müdiri

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər

  • Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
  • Məsuliyyətli olmalı;
  • Ünsiyyət qurabilmə qabiliyyəti
  • Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
  • Bu sahədə dörd  illik təcrübəyə malik olması;
  • Filialın  işlərini planlaşdırma bacarığına malik olması;

Əsas vəzifələr

  • Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
  • Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
  • Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
  • Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
  • Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
  • Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
  • Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
  • Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
  •  Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
  • Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
  • Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.

CV-ləri  Filial müdiri  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et