Azərbaycan Sənaye Sığorta | Banco.az

Azərbaycan Sənaye Sığorta

 

Call center
012 404 13 03

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir.

2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən Cəmiyyətin təşkilatı-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyət olmuşdur.

125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən Cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır.

28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə Cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.

12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır.

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin, Səhmlərinin 95% “Anadolu İnvestment Kompani”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

26 dekabr 2014-cü il tarixində Cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmış, həmçinin ingilis dilində tam rəsmi adı dəyişdirilərək “Azerbaijan Industrial Insurance” OJSC olmuşdur.

Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə Global Brands Magazine tərəfindən “Best Non-Life Insurance Company-Azerbaijan 2016”, “Best Non-Life Insurance Company-Azerbaijan 2017”, “Most Trusted Insurance Brand - Azerbaijan 2018”, Finans Digest Magazine tərəfindən “Brand of Business Excellence-Azerbaijan 2016” və 2017-ci ildə Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Şəffaf Vergi Partnyorluğu” beynəlxalq və yerli  mükafatlara layiq görülmüşdür.

Cəmiyyət “İcbari Sığorta Bürosu”, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur.

Daha çox
Veb sayt www.aiic.az
Ünvan AZ1001, Həsən Seyidbəyli küç.,122, “Gümüş Plaza” iş mərkəzi. Səbail r-nu,Bakı, Azərbaycan
Telefon (+994 12) 404 13 03
Email [email protected]
CEO Orxan Oqtay oğlu Əfəndiyev
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et