Banco.az saytı 2014-cü ilin nəticələrinə görə İlin Ən Yaxşılarını seçir. 2014-cü il Bank və maliyyə sahəsində bir sıra maraqlı hadisələr, kampaniyalar, yeniliklər və innovasiyaları ilə yadda qaldı. Banco.az portalı olaraq da Biz maliyyə təşkilatları arasından Ən Yaxşılarını seçməyə qərara gəldik. Portalımızda hər bir istifadəçi 8 Nominasiya üzrə hər birində səs verə bilər və öz istədiyi namizədi dəstəkləyə bilər. Səsvermək üçün saytdan qeydiyyatdan keçmək tələb olunur. Səsvermənin şəffaf keçirilməsi üçün bu cür sistem tətbiq olunmuşdur. Səsvermədə ən çox səs toplamış maliyyə təşkilatı nominasiya üzrə qalib elan olunacaqdır.
Nominasiyalar:
İlin Bankı - Bu nominasiyada bütün banklar iştirak edir. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən bank İlin Bankı elan olunacaqdır.
İlin Qeyri-Bank Kredit Təşkilatı - Bu nominasiyada bütün qeyri-bank kedit təşkilatları iştirak edir. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən bank İlin Qeyri-Bank Kredit Təşkilatı elan olunacaqdır.
İlin Taksit Kartı - ötən il taksit kartlarının aktiv istifadəsi və onlarla kampaniyalar və yeniliklərlə yadda qaldı. Ən uğurlu kampaniyalar, yeniliklər, keyfiyyətli xidmət təklif edən bankın taksit karı İlin Taksit Kartı elan olunacaqdır.
İlin Sığorta şirkəti – Bu nominasiyada bütün sığorta şirkətləti iştirak edir. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən bank İlin Bankı elan olunacaqdır.
İlin bankiri – Bu il ilk dəfə olaraq Bank rəhbərləri arasında İlin Bankiri-ni seçəcəyik. İdarəçilik baxımdan, yenilikçi olan və bankın uğurlar qazanmasında müstəsna rolu olan bank rəhbəri ilin bankiri elan olunacaqdır. Seçim sizindir.
İlin internet bankçılıq xidməti – Müasir dövrdə həyatı internetsiz təsəvvür etmək olmaz. Bank əməliyyatları da son illər istifadəçilərə evdan və ya ofisdən ayrılmadan bank əməliyyatları aparmağa imkan verir. Ən innovativ internet bankçılıq xidmətini təqdim edən bankı birlikdə seçək.
İlin Bank Reklamı – İl ərzində bir sıra reklam çarxları, reklam materialları ilə tanış olduq və bir çoxları bizim diqqətimizi və marağımızı cəlb etdi. Bu il ən yaxşı və ən gözəl Bank Reklamını birlikdə seçəcəyik. Keçən il ən maraqlı bank reklamları ilə buradan tanış ola bilərsiniz. http://banco.az/az/news/ilin-reklami
İlin ödəniş sistemi – Bu nominasiyada biz sizə ən rahat ödəmə vasitəsini seçməyi təklif edirik. Bu mağazada ödəmə terminalı da ola bilər və ya hansısa internet ödəmə portalı ola bilər. Seçim sizindir.
Səsvermə 5 mart başlayıb 5 Aprel tarixində Yekunlaşmışdır! Qaliblərlə siyahıdan tanış ola bilərsiniz!