Xalq Bankın "Şəmkir" filialı fəaliyyətə başladı | Banco.az

Xalq Bankın "Şəmkir" filialı fəaliyyətə başladı

Filial şəbəkəsinin inkişaf etdirilməsi Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdəndir. Bankın Bakıda və regionlarda yeni filialları açılır, onların bölgənin aparıcı bank strukturuna çevrilməsi, mövqelərinin möhkəmlənməsi üçün mühüm addımlar atılır. 2 dekabr 2013-cü il tarixindən etibarən ASC “Xalq” Bankının Şəmkir şəhərində yeni filialı fəaliyyətə başlayıb. “Şəmkir” filialı Bankın sayca iyirmi üçüncü, regionlarda fəaliyyət göstərən on yeddinci filialıdır. Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

Filial, Şəmkir şəh., H.Aslanov küç. 44, ünvanda yerləşir. Telefon: (022) 305 23 03; Faks: (022) 305 23 30.

Qeyd edək ki, hazırda Xalq Bankın Bakıda və regionlarda 23 filialı fəaliyyət göstərir. 2014-cü ildə də Bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et