Uşaqlar və qocalar evlərinə hədiyyələr paylandı | Banco.az

Uşaqlar və qocalar evlərinə hədiyyələr paylandı

“ASAN Radio” və “Caspian Development Bank”ın birgə təşkil etdiyi “Yeni ilə əl-ələ” adlı sosial aksiya çərçivəsində xüsusi təyinatlı müəssisələrə Yeni il hədiyyələri paylandı.

Xatırladaq ki, “ASAN Radio” və “Caspian Development Bank” dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində “Yeni ilə əl-ələ” adlı birgə sosial aksiya keçirib. Aksiyada məqsəd “31 Dekabr - Həmrəylik günü və Yeni il” bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək idi.

Sosial aksiya zamanı qocalar evinin sakinləri və uşaqlar üçün müxtəlif nağılların qəhrəmanlarının iştirakı ilə Yeni il şənliyi təşkil olunub.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Ən sərfəli krediti almaq üçün müraciət et