Unibankla gələcəyin bankiri ol! | Banco.az

Unibankla gələcəyin bankiri ol!

Unibankın  “UniŞans” layihəsi çərçivəsində müxtəlif  ali məktəblərdə  4-cü kursda təhsil alan 4 tələbə bankın təqaüd proqramının qalibi olub. Hər bir tələbəyə 150 AZN məbləğində aylıq təqaüd verilir.

Qeyd edək ki, Unibankın təqaüd proqramı iqtisadi yönümlü ixtisaslar üzrə əyani şöbədə təhsil alan universitet tələbələri üçündür. Təqaüd proqramında 600-dən yüksək  bal toplamış 4-cü kurs tələbələri iştirak edə bilər. “UniŞans” Proqramının şərtlərinə görə, hər bir təqaüdçü  “Unibank”ın müxtəlif  bölmə və xidmətlərində  staj keçərək bank işi ilə yaxından tanış olur. Təcrübə müddətinin sonunda tələbə təcrübə keçməsi haqda sertifikat alır,

 

“Unişans”  proqramı tələbələr  arasından Azərbaycanın istedadlı gənclərinin üzə çıxarılmasına, həmin tələbələrin qabiliyyətlərinin inkişaf etdirilməsinə və gələcək bank mütəxəssislərinin hazırlanmasına, onların intellektual tərəqqisi üçün şərait yaradılmasına dəstək olmağa yönəldilib. İqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin professional inkişafı sahəsində layihələrə yardım “Unibank” KB ASC-nin siyasətinin  istiqamətlərindən biridir.

Ən sərfəli kredit üçün müraciət et

“UniŞans” Proqramının şərtlərinə görə, hər bir tələbə onunla təqaüd ödənilməsi barədə müqavilə bağlanıldıqdan sonra gündəlik əsaslarla (yarım gün), tətil dövründə isə tam iş günü ərzində “Unibank”ın müəyyən olunan bölmə və xidmətlərində 6 ay staj keçir. Təcrübə müddətinin sonunda tələbə iş üçün Unibanka müraciət edərsə, imtahan verərək uğurlu nəticə göstərərsə, işə qəbul olunur.

Lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et