Unibank ALBALI PLUS kartlarını pulsuz etdi | Banco.az

Unibank ALBALI PLUS kartlarını pulsuz etdi

Onlar dövlətçiliyimizin sütunlarından, ölkəmizdə sabitliyin təminatçılarındandır. Dövlətçilik maraqlarının qorunmasında əvəzsiz xidməti olanların- prokurorluq işçilərinin peşə bayramıdır. Unibank 1 oktyabr peşə bayramları münasibəti ilə bütün prokurorluq sistemində çalışanları təbrik edir və prokurorluq işçiləri üçün  ALBALI PLUS kartlarını pulsuz verir. Oktyabrın 1-dən 8-dək Unibank filiallarına müraciət edən prokurorluq işçiləri pulsuz ALBALI PLUS kartı  əldə etməklə yanaşı, Unibankın sərfəli nağd kreditlərindən də faydalana bilərlər. Hazırda bankda 10.000 AZN-dək nağd  kredit cəmi 1%-lik  komissiya ilə rəsmiləşdirilir. Manat və dollar kreditləri 36 ayadək müddətə verilir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et