UNİBANK nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb | Banco.az

UNİBANK nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb

 Unibank ölkədə nağdsız əməliyyatların və  elektron ticarətin inkişafına daim dəstək verir və öz fəaliyyətində bu prinsipləri əsas tutur. Təsadüfi deyil ki, Mərkəzi Bankın dəstəyi ilə keçirilən  “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron  ticarətin inkişafında lider bank” və “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyada Unibank elektron ticarətin inkişafında qalib yerlərdən birini tutub, "Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə mükafatlandırılıb.

Unibank-ın partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz  şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az  Unibank-ın böyük  partyorlarından biridir.

Ən sərfəli kredit üçün müraciət et

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et