UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb | Banco.az

UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb

Unibank-ın  daha  bir  lotereyasının qalibləri açıqlanıb.  Bankın “Nağd kredit əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  4-cü tirajının qalibləri müəyyən edilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000  manat  pul mükafatı əldə ediblər.

Oktyabrın 1-dən başlayan  və hər ay  keçirilən lotereya tirajlarında 390  qalib elan ediləcəkdir. Uduşun ümumi fondu  90. 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. 26 qalib olan hər tirajın uduş məbləği 6000 AZN   təşkil edir. Lotereya qaliblərinin siyahısı unibank.az saytında (http://www.unibank.az/az/about-bank/news/221/)  və  “525-ci qəzet”in bu günkü sayında dərc olunub.

Unibank-dan kredit götürənlər Nissan qazanmaq şansına da sahib olurlar.  Bankın martın 10-dək davam edəcək “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, bankın daha 2 müştərisi Nissan avtomobili əldə etmək şansı qazanacaq. 10 mart  2014-cü il tarixinədək Unibankdan kredit götürən bütün müştərilər,  lotereya oyununun iştirakçısı olacaqlar. Ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə  Nissan Altima markalı avtomobilin sahibi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15  İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin  bankdan  götürdüyü  Nağd kreditin hər 100 AZN/USD-si  1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə,  bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si  2 şans kimi qiymətləndirilir.

Üstəlik,  hal-hazırda kampaniya çərçivəsində kredit götürən  müştərilərə 6% -dək endirim edilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et