Unibank Mobile-la əməliyyat et, İphone 6S qazan! | Banco.az

Unibank Mobile-la əməliyyat et, İphone 6S qazan!

Unibank Mobile-la əməliyyat et, İphone 6S qazan!

Bank filialına getmədən, ödəmə terminalı axtarmadan, elə evdə, işdə oturduğunuz yerdəcə telefonunuzdan  bank əməliyyatı edirsiniz və İphone 6S qazanırsınız. Bu şansı sizə Unibankyaradır. Bankın Unibank Mobile əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli  hədiyyə qazanacaqlar.

Lotereyada oynanılan hədiyyələr:

-İphone 6S 16 GB Space Grey – 2 ədəd

-Dinamik Bose SoundLink Mini Bluetooth II– 2 ədəd

-100  manatlıq Albukart – 5 ədəd

-50  manatlıq Albukart – 15 ədəd

Lotereya 12 iyulda başlayır və oktyabrın 12-dək davam edəcək. 24 qalibin müəyyənləşdiriləcəyi tiraj 28.10.2016 tarixində oynanılacaqvə iki hissədən ibarət olacaq. Birinci hissədə 12iyul-12oktyabr 2016-cı il tarixləri arasıUnibankMobile əlavəsində əməliyyat edən müştərilər iştirak edəcək.UnibankMobile əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandıracaq. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcəkdir.

İkinci hissədə lotereya müddətində UnibankMobile əlavəsini yükləyərək 12iyul-12oktyabr tarixləri arasında minimum 1əməliyyat edən müştərilər iştirak edəcək. Hər müştərinin yalnız bir şansı olacaq. Birinci hissədə qalib gələn müştərilər, ikinci hissədə iştirak edə bilməzlər.

UnibankMobile əlavəsindəşans qazandıran əməliyyatlar:

  • Kredit ödənişi;
  • Pul köçürmələri
  • Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta fərqli valyutada
  • Güzəştsiz kartdan hesaba 
  • Hesabdan güzəştli karta
  • Kartdan karta
  • Cari hesabdan əmanət hesabına fərqli valyutada
  • Kartdan əmanət hesabına
  • Mobil operator ödənişləri
  • Stasionar telefon ödənişləri
  • Kommunal ödənişlər
  • İnternet,Kabel TV ödənişləri
  • Asan imza ilə əmanət təminat altında kredit açmaq.
  • Asan imza ilə əmanət hesabı açmaq.

Digər əməliyyatlar lotereyada iştirak etmir və reversal (ləğv olunmuş) əməliyyatlar şans kimi qiymətləndirilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Lotereyada iştirak Unibankın işçilərinə şamil edilmir. Tiraj bankın baş ofisində (R.Behbudov küçəsi 55)keçiriləcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Ən sərfəli krediti almaq üçün müraciət et