Unibank-dan DİN əməkdaşları və dənizçilərin peşə bayramına hədiyyə | Banco.az

Unibank-dan DİN əməkdaşları və dənizçilərin peşə bayramına hədiyyə

Unibank-da düz 5 gün davam edən komissiyasız kredit kampaniyası başladı. İyulun 1-dən 5-dək davam edən komissiyasız kredit aksiyası məxsusi olaraq, Daxili Işlər Nazirliyinin və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları üçün nəzərdə tutulub. Unibank DİN əməkdaşları və dənizçilərin peşə bayramlarını xüsusi kampaniya ilə təbrik edir. Kampaniya dövründə DİN və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları öz şəxsiyyət vəsiqələri və gəlirlərini təsdiq edən sənəd (iş yerlərindən arayış və ya əmək haqqı kartından son 6 ayın çıxarışı) ilə , istədikləri Unibank filialına yaxınlaşaraq, komissiyasız kredit götürə bilərlər. Üstəlik, hər bir müştəriyə ALBALI PLUS kartı hədiyyə olunacaq.

İndi Unibank-dan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Kreditin maksimal məbləği 10.000 AZN təşkil edir. Unibank-dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Və üstəlik nağd kredit alan müştərilərə Albali plus kartı pulsuz hədiyyə edilir. Bank  filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində  kredit ala bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Peşəsindən asılı olmayaraq, 20  yaşdan 70 yaşadək  Azərbaycan Respublikasının  hər  bir vətəndaşı şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənədlə (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə,  Unibank-dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç