Sizə iri, yoxsa xırda pul lazımdı? | Banco.az

Sizə iri, yoxsa xırda pul lazımdı?

Unibankın bankomatları müştərilərin istəyinə uyğunlaşdırılıb. Artıq siz bankomatlardan istədiyiniz məbləği, müxtəlif əskinaslarda çıxara bilərsiniz. Kartınızı bankomata daxil edib, lazım olan məbləği sifariş edən zaman, bankomatın löhvəsində sizdən məbləği yalnız iri əskinaslarda, yoxsa qarışıq əskinaslar formasında istədiyiniz soruşulur.

Müştərinin seçimdən asılı olaraq, Unibank bankomatlarından sorğu edilən məbləğ, mümkün böyük nominallardan olmaqla, minimal sayda əskinaslardan, yaxud qarışıq nominallardan ibarət əskinaslarla çıxır.Yəni, müştərinin nə pulu xırdalamağa ehtiyacı  olmur, nə də bütövləşdirməyə. Bankomat müştərini bu qayğılardan qurtarır.

Hazırda Unibank  paytaxt və ölkənin bir çox regionlarında 80-ə yaxın bankomatı ilə müştərilərin xidmətindədir. Unibank bankomatları çox geniş xidmət imkanlarına malikdir. Ölkə bankları içərisində, ilk dəfə Unibank bankomatları ilə banka kredit müraciəti etmək  və kredit ödənişi xidməti yaradılıb. Bankomatlarda sms bankçılıq xidmətinə qoşulmaqla yanaşı, kommunal ödənişləri həyata keçirmək, "card to card" və beynəlxalq kart köçürmələri həyata keçirmək mümkündür. Müştəri istəyərsə,  Unibank bankomatlarında öz debet kartının PİN kodunu,  heç bir xidmət haqqı ödəmədən dəyişə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Cash by code xidməti isə bankomatlardan kart olmadan da, pul çıxarmağı mümkün etdi. Unibank plastik kartlarında tətbiq olunan Cash by Code xidməti asan, tez, rahat, təhlükəsiz şəkildə  və  7/24 prinsipi ilə fəaliyyət göstərir. Bu xidmət nəticəsində bankın müştərisi öz  kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir. Müştəri bankomatda Cash by Code xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan şifrənin birinci hissəsi əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə şifrənin ikinci hissəsi göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir  və vəsaiti çıxarır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et