Rabitəbankdan xaricə səfər edənlərə möhtəşəm fürsət | Banco.az

Rabitəbankdan xaricə səfər edənlərə möhtəşəm fürsət

“Rabitəbank”-ın manat kartları ilə xaricdə 0% komissiya ilə ödəniş et!   

“Rabitəbank” ASC-dən  tətilə hazırlaşan və ölkə xaricindən onlayn alış-veriş edən müştərilərinə sevindirici xəbər! İyulun 5-dən sentyabrın 15-dək “Rabitəbank”-ın AZN valyutalı plastik kartları ilə xaricdə olarkan və xarici internet saytlarından alış-veriş edərkən ödənişlər 0% konvertasiya ilə aparılacaq. Konvertasiya əməliyyatı isə Mərkəzi Bankın məzənnəsilə yerinə yetiriləcək. Bu yay tətili “Rabitəbank” müştəriləri üçün daha sərfəli olacaq.

“Rabitəbank” müştərilərinə Master Card və VISA ödəniş sistemlərinin Black, Platinum, Gold, Business, Standard və Classik kimi geniş ceşiddə debit və kredit kartlarını təqdim edir. Həmçinin “Rabitəbank”-ın kredit kartları ilə hər ödəniş üzrə 30 günlük 0%-lik güzəşt müddəti tədbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlıq fəaliyyətilə məşğul olan müştərilər üçün bank “BizKart” məhsulunu təqdim edir. Bu kart vasitəsilə biznes fəaliyyətilə məşğul olan sahibkar fiziki və hüquqi şəxslər şəxsi bizneslərini daha rahat şəkildə idarə edə bilərlər. “BizKart”  birbaşa sahibkar hesabına bağlı olduğundan o, sahibkarlara öz hesablaşma hesabı üzrə plastik kartların üstünlüklərindən faydalanmaq imkanı yaradır.

Əgər Siz hələ də Rabitəbank-dan plastik karta sahib deyilsinizsə o zaman bankın ən yaxın filialına yaxınlaşaraq, yaxud da http://www.rabitabank.com/az/private_clients/plastic_cards linkına daxil olaraq kartınızı onlayn sifariş edə bilərsiniz.   

Ən sərfəli krediti almaq üçün müraciət et