Rabitəbank-ın keçirdiyi “My Azerbaijan” Layihəsinin İlk qalibi müəyyənləşdi. | Banco.az

Rabitəbank-ın keçirdiyi “My Azerbaijan” Layihəsinin İlk qalibi müəyyənləşdi.

04 Mart  tarixində Rabitəbank ASC və “My Azerbaijan”  layihəsinin  müəllifi, tanınmış  fotoqraf  Orxan Aslanov  birgə «Səyahət Sizdən, Xəzinə Bizdən» layihəsinin əməkdaşlığına başlamışdır.  Layihə  çərçivəsində  Orxan Aslanov  və  onun  ekstrimal komandası yola düşərək  Azərbaycanın bölgələrində xəzinə gizlədirdilər.

İştirakçılar Rabitəbank-ın və Orxan Aslanovun şəxsi  Facebook səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərməlidilər.

 İlk xəzinə Qusar rayonunun Laza kəndində Suvar  pansionatın yaxınlığında gizlədilmişdir. Qeyd edək ki, artıq ilk xəzinəni qazanan qalib artıq müəyyənləşib və  bu Qusar rayonun 43 yaşlı  sakini  Mövlud Əzizovdur.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank qalibə layihədə iştirak etdiyi üçün təşəkkürünü bildirmiş və 200 AZN məbləğində “Kartmane” plastik kartını təqdim etmişdir.

Digər iştirakçıları isə məyus olmamağa çağırırıq, çünki layihə davam edir və onlar hələ də qalib gəlmək şanslarını itirməyiblər.

Növbəti xəzinənin yerini öyrənmək üçün Rabitəbank- ın və Orxan Aslanovun facebook səhifələrini izləyin!

Bütün iştirakçılara uğurlar arzulayırıq!    

Ən sərfəli krediti almaq üçün müraciət et