Rabitəbank ASC Visa Gold kart sahiblərini sevindirəcək! | Banco.az

Rabitəbank ASC Visa Gold kart sahiblərini sevindirəcək!

Rabitəbank ASC -nin  Visa Gold plastik kart istifadəçiləri 30 aprel – 31 iyul   2016-cı il  tarixinədək keçirilən “Arzularınızın səyahətini qazanın”  adlı stimullaşdırıcı lotereyada dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər!

Belə ki, stimullaşdırıcı lotereyada iştirak etməklə Siz  hər biri 6350 AZN  olmaqla  6 səyahət vauçeri və Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsində hər biri 50 AZN olan 120 vauçerdən  birini əldə etmək şansını qazanacaqsınız.

Lotereyaya qoşulmaq isə çox asandır: Visa Gold bank kartları ilə  Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 AZN məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereyanın iştirakçısına çevrilirsiniz.

Bunun üçün sadəcə POS-terminal vasitəsi ilə etdiyiniz  ödənişin qəbzini özünüzdə saxlayır və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edirsiniz.

Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.

http://www.visa.com.az/az/ru-az/personal/promotions/pdf/visapremium-rules-az.PDF

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rabitəbankın Visa Gold kart sahibləri Mobil/İnternet-Bankçılıq və Pin-Dəyişmə xidmətlərindən pulsuz yararlana bilərlər.

Visa Gold  bank kartına minimal mədaxil etdikdə, kart müştəriyə pulsuz təqdim olunur.

Rabitəbankın plastik kartlar haqqında ətraflı məlumatı aşağıda göstərilən linkdən əldə edə bilərsiniz.

http://www.rabitabank.com/az/private_clients/plastic_cards/Visa_Gold

Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

Rabitəbank bütün müştərilərinə uğurlar arzulayır!

Ən sərfəli krediti almaq üçün müraciət et