PR menecerlər arasında “Nə? Harada? Nə vaxt?” oyunu keçirildi | Banco.az

PR menecerlər arasında “Nə? Harada? Nə vaxt?” oyunu keçirildi

17 mart 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində populyar “Nə? Harada? Nə vaxt?” intellektual oyununda PR-menecerlərdən ibarət komandalar yarışdılar. Oyunda “AtaHolding” ASC, “Veysəloğlu Holdinq”, “AtaBank” ASC, Mədəniyyət və Turizn Nazirliyi, Paşa Həyat Sığorta, Gazelli Qrup, Bakcell, Caspian Development Bank, Excelsior Hotel Baku və digər şirkətlərin PR üzrə nümayəndələri iştirak edirdilər.

İntellektual yarışma “Excelsior Hotel & Spa Baku” otelinin və “Game TV”-nin təşkilati dəstəyi ilə keçirildi. PR menecerlər oyunda müxtəlif mövzularda olan sualları cavablandıraraq öz bilik səviyyələrini və dünyagörüşlərini nümayiş etdirdilər.

Tədbirin keçirilməsində məqsəd PR menecerlərin bir-birini daha yaxşı başa düşməsi, sualları kollektiv cavablandırması, birgə qərar vermək bacarığını inkişaf etdirmək və onların peşə fəaliyyətində komanda ruhunun möhkəmlənməsidir.

Qaliblərə “Game TV”-nin rəhbəriyi adından sertifikatlar və müxtəlif hədiyyələr təqdim edildi.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et