Parabank yeni filialları üçün kütləvi vakansiyalar elan edir | Banco.az

Parabank yeni filialları üçün kütləvi vakansiyalar elan edir

Parabank ASC 2014-2016-ci illərin strateji inkişaf planına əsasən yeni filialların açılmasını davam edir. Bununla əlaqədar Bakı şəhəri filialları üçün kredit mütəxəssisiŞamaxı şəhərində açılması nəzərdə tutulan filial üçün Müdir, Xırdalan şəhərində açılacaq filiala isə baş mühasib və əməliyyatçı vakansiyalarına dair [email protected] ünvanına CV göndərə bilərsiniz. (CV göndərdikdə vakansiya haqqında məlumatı hardan əldə etdiyinizi mütləq qeyd edin.)

Bank regionlarda filial şəbəkəsini artıraraq orada yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına, eləcə də yeni iş yerləri ilə təmin olunmasına şərait yaradır. Yeni açılmış filiallarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kredit sifarişlərinin qəbul edilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunacaq.

Qeyd edək ki, Parabank 1991-ci ildən yaranmışdır və bu günə qədər Azərbaycan bank sektorunda öz stabilliyi və daimi inkişafı ilə seçilməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri barədə ətraflı məlumatı 139 məlumat mərkəzinə, 050 447 10 00 mobil nömrəsinə zəng etməklə, www.parabank.az saytına, bankın rəsmi facebook səhifəsinə -https://www.facebook.com/Parabank və ya rəsmi instagram səhifəsi -https://instagram.com/parabank_asc daxil olmaqla əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et