NIKOIL | Bank Sizin təklifləriniz üçün açıqdır! | Banco.az

NIKOIL | Bank Sizin təklifləriniz üçün açıqdır!

NIKOIL| Bank xidmət səviyyəsinin keyfiyyətini artırmaq məqsədilə yeni xidmət növünü təqdim edir. Bankın müştəriləri hər hansı bir məhsul və ya xidmətlə bağlı təklif, irad və istəklərini 012 981 qısa nömrəsinə zəng edib, əlavə olaraq 8000 yığmaqla öz fikirlərini bildirə bilərlər.

Səsli mesaj vasitəsilə edilən avtomatik qeydiyyatdan sonra, Bankın müraciətlərlə iş üzrə xüsusi qrupunun əməkdaşları bu və ya digər təklif, şikayət və iradlarla bağlı bütün müraciətlərə baxılma müddəti barədə müraciət edənləri geri zəng vasitəsilə məlumatlandıracaq. Qeyd olunan xidmət növü həftəsonlarını da nəzərə almaqla günboyu fəaliyyət üçün nəzərdə tutulub.

Bu cür xidmət növünün əlavə edilməsi “Nikoyl” Bankın öz müştərilərinə olan inamlı əlaqələrini bir daha vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl  

Ən sərfəli krediti almaq üçün müraciət et