NIKOIL | Bank-ın filialı yeni ünvanda! | Banco.az

NIKOIL | Bank-ın filialı yeni ünvanda!

15 mart tarixindəNIKOIL | Bankın yeni Nərimanov (keçmiş 10 saylı) filialınınTəbriz küçəsi 210c ünvanında təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Bankın İdarə Heyətin Sədri Vasiliy Vikoroviç Xamaza, İdarə heyətin üzvləri, filialların müdürləri və departament rəhbərləri iştirak etmişdirlər. Tam yenilənmiş filialda müştərilər üçün geniş əməliyyat zalı, rahat parkinq üçün yer, geniş konfrans zalı və VIP-müştərilər üçün xidmət şöbəsi ilə seçilir.Yeni Nərimanov filialında müştəriləri yüksək səviyyəli və təkmilləşdirilmiş bütün bank xidmətlərinin çeşidi gözləyir: hesablaşma-kassa, kreditləşmə, komunal ödənişlər, plastik kart əməliyyatları, zəmanət, banklararası sənədli əməliyyatlar və milli və xarici valyutada həyata keçirilən digər əməliyyatlar. Bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza öz çıxışında qeyd etdiyi kimi, yeni Nərimanov filialı universal olacaq, həm fərdi, həmdə ki korporativ müştərilərə xidmət göstərəcək.

Bu günlərdə NIKOIL | Bank öz filial şəbəkəsini genişləndirməyə üğürla davam etdirir və Bankın filial şəbəkəsi Bakı, Sumqayıt, Xırdalanvə həm də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et