Nikoil Bank-ın əməkdaşı karate-do üzrə Avropa Çempionatının mükafatçısı oldu | Banco.az

Nikoil Bank-ın əməkdaşı karate-do üzrə Avropa Çempionatının mükafatçısı oldu

NIKOIL | BANK –ın əməkdaşı Həsən Quliyev 05-07 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazandı. Həmin çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edirdi.  85+ kq çəki kateqoriyasında mübarizə apararaq,  Həsən, İngiltərə, Rumıniya və Bolqariya təmsilçiləri üzərində üstünlük əldə etdi. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi oldu.

Xatırladaq ki, Həsən Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli Beynəlxalq turnirlərin qalibidir. Qeyd edək ki, Həsən karate-do üzrə 2-ci dan qara kəmər sahibidir.

Ən sərfəli kredit üçün müraciət et

"NİKOYL" İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır!

Ən sərfəli krediti almaq üçün müraciət et