“NBCBank” ASC “AİF” ASC ilə əməkdaşlığını davam etdirir | Banco.az

“NBCBank” ASC “AİF” ASC ilə əməkdaşlığını davam etdirir

"Azərbaycan İpoteka Fondu" ASC-nin İdarə Heyəti tərəfindən İpoteka kreditlərinin verilməsində iştirak edəcək müvəkkil bankların siyahısı müəyyən olunub. Belə ki, siyahıya görə Respublikada "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən İpoteka kreditləri 8 müvəkkil bank tərəfindən rəsmiləşdiriləcək. Bu müvəkkil banklardan biri də, məhz "NBCBank" ASC-dir.

Hal-hazırda "NBCBank" ASC-nin ipoteka portfeli 28 milyon manatdan çoxdur və aktiv müştəri sayı isə 765 nəfər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Artıq ayrılmış limitin icrasına başlamaq üçün son hazırlıq işləri tamamlanmaq üzrədir. "NBCBank" ASC tərəfindən "Azərbaycan İpoteka fondu" ASC-nin vəsaiti hesabına İpoteka kreditlərinin verilməsi haqqında əlavə məlumat yaxın zamanda tərəfimizdən açıqlanacaqdır.

Azərbaycan bank sektorunun ilk banklarından olan "NBCBank" ASC 2011-ci ildən "AİF"in üzvüdür. Bankın ölkə ərazisində 11 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et