İş adamları hədəflərinə AccessBankla çatacaq | Banco.az

İş adamları hədəflərinə AccessBankla çatacaq

Biznes sahibləri yeni kampaniya ilə çoxlu sayda güzəşt qazanacaq!

AccessBank 15 illik yubileyi münasibətilə biznes sahibləri üçün “Hədəflərinizə daha tez çatın” adlı güzəştli biznes kreditləri kampaniyasına başlayır.

Azərbaycanın bütün regionlarını əhatə edəcək yay kampaniyasının məqsədi kiçik və orta biznes sahiblərinə daha güzəştli şərtlərlə bank xidmətləri təklif etməkdir.

Kampaniya çərçivəsində müştərilərə biznes hədəflərinədaha tez çatmaları üçün çoxsaylı güzəştlər təqdim olunur:

  • Biznes kreditlər üzrə tutulan komissiyada -  15% güzəşt
  • Bank qarantiyası açılması üçün komissiyaya  - 15% güzəşt
  • Biznes kreditlərinin ölkə daxili və ölkə xarici köçürməsində komissiya - “0%”
  • Biznes kreditlərinin köçürməsində mübadilə komissiyası – “0%”

Kreditlərin milli valyutada təqdim olunması da kampaniyanın üstünlüklərindən biridir, bu isə AccessBank-ın daha çox yerli iş adamlarına maliyyə dəstəyi göstərməsinə imkan yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək.

Biznesin maliyyələşdirilməsi üzrə bazarda lider banklardan biri olan AccessBank, daim ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrə, kənd təsərrüfatına və istehsalata maliyyə dəstəyi göstərir və bununla da iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına öz töhvəsini verir.

Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindənfacebook vətwitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et