Gəncəbank ASC-nin əmanət müştərilərinin kompensasiyaları Rabitəbank ASC tərəfindən ödəniləcək! | Banco.az

Gəncəbank ASC-nin əmanət müştərilərinin kompensasiyaları Rabitəbank ASC tərəfindən ödəniləcək!

04 fevral tarixindən etibarən Rabitəbank ASC, Əmanətlərin Sığortalanması Fondu  tərəfindən  Gəncəbank ASC  - nin  əmanət müştərilərinin  sığortalanmış əmanətləri üzrə kompensasiya   ödənişləri üçün agent bank  seçilmişdir.

Bu gündən etibarən Rabitəbank ASC,“Gəncəbank” – ın Şəmkir və Gəncə şəhərlərində yerləşən filiallarının və şöbələrinin  əmanət müştərilərinin sığortalanmış əmanətləri üzrə  kompensasiya  ödənişlərini,Şəmkir və Gəncə şəhərlərində fəaliyyət göstərən  filiallarında həyata keçirəcəkdir.

Sığortalanmış əmanəti almaq üçün müştərilər Rabitəbankın Gəncə və ya Şəmkir filiallarına yaxınlaşaraq əmanət (bank hesabı) müqaviləsi, əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd) və şəxsiyyəti təsdiq edən sənədi təqdim edib, kompensasiya almaq üçün yazılı ərizə ilə Fonda müraciət etməlidir.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən (bu halda 03 fevral 2016-cı il) bir il müddətində Rabitəbank-a ərizə ilə müraciət edə bilər. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki,29 yanvar tarixindəRabitəbank ASC Əmanətlərin Sığortalanması Fondu  tərəfindən  "Bank of Azerbaijan"  - nın  əmanət müştərilərin sığortalanmış əmanətləri üzrə kompensasiyaların   ödənilməsi üçün agent bank kimi seçilmişdir. Rabitəbankın  Naxçıvan MR – da yerləşən Naxçıvan şöbəsi,"Bank of Azerbaijan"-nın   əmanət müştərilərinin sığortalanmış əmanətləri üzrə  kompensasiya ödənişlərini  bu günə kimi davam etməkdədir.

Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ASC  ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət xidmət  şəbəkəsini yaradıb.

2015- ci ilin sonunda Rabitəbank ASC-nin depozitləri 31% artaraq 322 milyon AZN, məcmu kapitalı 17%-dək artaraq 67 milyon AZN və aktivləri 25%-dək artaraq 451 milyon AZN təşkil edib. Bu göstəricilərlə yanaşı, Bank 2015- ci ili  2,32  milyon AZN mənfəətlə yekunlaşdırıb. Cari il  ərzində bank qoyduğu hədəflərə daha inamla addımlamağı və bazarda tutduğu mövqeyi bir qədər də gücləndirməyi nəzərdə tutur.

Ən sərfəli krediti almaq üçün müraciət et