Fitch AccessBankı Investment Grade səviyyəsinə yüksəltdi | Banco.az

Fitch AccessBankı Investment Grade səviyyəsinə yüksəltdi

Fitch Ratings AccessBankın uzunmüddətli emitent defoltu reytinqini (EDR) "ВВ+" səviyyəsindən "ВВB-" səviyyəsinədək yüksəldib. Proqnoz "Sabit". Reytinqin BBB- səviyyəsinə yüksəlməsi ilə, Bank “İnvestment Grade” səviyyəsi qismində təsnif olunan və BBB- və daha yüksək reytinqlərə şamil edilən yüksək kredit qabiliyyəti səviyyəsinə əhəmiyyətli dərəcədə yaxınlaşıb. İndiyədək İnvestment Grade səviyyəsinə MDB ölkələrində yalnız bir neçə bank çatıb, Azərbaycanda isə bu ilk dəfədir.  

AccessBank-ın Baş Meneceri Michael Hoffmann bu reytinqi şərh edərək deyib: “Bizim EDR reytinqimizin İnvestment Grade səviyyəsinə yüksəlməsi AccessBank üçün yeni nailiyyətdir və Bankın sabitliyini və etibarlılığını əks etdirir. AccessBank-ın möhkəm mövqeyi bizim güclü səhmdarlarımıza və sabit fəaliyyət nəticələrimizə əsaslanır. Bank ildən-ilə öz bizinesinin həyata keçirilməsində və bu ölkədə cəlb etdiyimiz minlərlə müştəriyə xidmət göstərilməsində yüksək nəticələr nümayiş etdirir”.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıda aparılan reytinq əməliyyatlarının tam siyahısısı verilir:

Uzunmüddətli EDR: Sabit proqnozla "ВВ+" səviyyəsindən "ВВB-" səviyyəsinədək yüksəldilib

Qısa müddətli EDR: "В" səviyyəsindən  "F3" səviyyəsinə yüksəldilib

 Dayanıqlılıq reytinqi: "bb-" səviyyəsində təsdiqlənib

Dəstək Reytinqi: "2" səviyyəsindən "3" səviyyəsinə yüksəldilib

 

Ən sərfəli krediti almaq üçün müraciət et