Expressbank-ın stabil bank olduğu “FitchRatings” tərəfindən bir daha təsdiqləndi | Banco.az

Expressbank-ın stabil bank olduğu “FitchRatings” tərəfindən bir daha təsdiqləndi

“FitchRatings” beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından biri olan "Expressbank" ASC-ninkredit reytinqini "B”səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləmişdir. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.

“FitchRatings” agentliyin bu proqnozu, “Expressbank” ASC-ninaktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.

Qeyd etmək lazımdır ki, son 2 il ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq“FitchRatings” agentliyi tərəfindən “Expressbank” ASC-in reytinqi dəyişilməz olaraq qalmışdır. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.   

Expressbank müştərilərinə bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, ödənişli və ödənişsiz əsasda bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbankdaxil olaraq əldə edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et