Ən yaxşı kommersiya bankı | Banco.az

Ən yaxşı kommersiya bankı

Beynəlxalq maliyyə nəşri “International Finance Magazine” 2014-cü ilə dair maliyyə üzrə mükafatlarının (Financial Awards) qaliblərinin adlarını açıqlayıb.

"Bank Technique" ASC, Azərbaycanda "Ən yaxşı kommersiya bankı" (Best Commercial Bank Azerbaijan) adına layiq görülüb. Mükafat maliyyə təsisatına ötən il ərzində nümayiş etdirdiyi müsbət nəticələrə - gəlirlik səviyyəsinin artımı, keyfiyyətli müştəri xidmətləri, innovativ məhsulların mövcudluğuna görə verilib.

Yeni mükafata layiq görülməsi faktını şərh edərkən, bankın baş direktoru Kamran Axundov qeyd edib ki, beynəlxalq səviyyədə “Bank Technique”ə yüksək qiymətlərin verilməsi bankın möhkəm mövqelərinin daha bir sübutudur. Baş direktor 2015-ci ildə bankın göstəricilərinin yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Mənzil-qərargahı Londonda yerləşən “International Finance Magazine” jurnalı beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrindən hesab edilir. Auditoriyası 150-dən çox ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et