“DəmirBank”sərfəli şərtlərlə istehlak kreditləri təklif edir | Banco.az

“DəmirBank”sərfəli şərtlərlə istehlak kreditləri təklif edir

“DəmirBank” müştərilərinə sərfəli şərtlərlə istehlak kreditləri təklif edir. Belə ki, Bank istehlak  kreditlərində komissiyanı ləğv etməklə yanaşı, faiz dərəcələrini də endirib.

Qeyd edək ki, hazırda istehlak kreditləri üzrə illik faiz dərəcəsi 22%-dən başlayaraq tətbiq olunur.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et