"DəmirBank"la övladlarınızın gələcəyini təmin edin | Banco.az

"DəmirBank"la övladlarınızın gələcəyini təmin edin

 “DəmirBank”ın “Uşaq” əmanəti ilə övladlarınızın gələcək maliyyə durumlarını sığortalaya və vəsaitlərinin təhlükəsizliyini təmin edə bilərsiniz. Belə ki,  “DəmirBank” valideynlərə iki növ “Uşaq” əmanəti təklif edir. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər -“Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti”- növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

“Uşaq” əmanət hesabı açmaq üçün minimum 100 AZN ilkin mədaxil edilməlidir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini manat, avro və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Ən sərfəli krediti almaq üçün müraciət et