“DəmirBank”ın “MasterCard” kartları ilə 10 faiz endirim əldə edin | Banco.az

“DəmirBank”ın “MasterCard” kartları ilə 10 faiz endirim əldə edin

“Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində “DəmirBank”ın “MasterCard” plastik kartları ilə Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrinə 10% endirim əldə etmək mümkündür.  Bununla yanaşı, “MasterCard” ilə alış-veriş edənlər Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı və 8 ədəd İphone 6 mobil telefon kimi dəyərli hədiyyələr qazanmaq şansına sahib olacaqlar. Belə ki, kampaniya çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda (“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Puma”, “Nike”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Cafe”, “Mado Japan”, “LTB” və s. ) “MasterCard” ilə ən azı 1 manat dəyərində alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. “MasterCard” vasitəsilə ödənişdən sonra verilən kodlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir. Onu da vuğulayaq ki, ikinci kart sahibləri tərəfindən edilən ödənişlər əsas kart sahibi tərəfindən edilmiş ödənişlər kimi qəbul olunur.

Qeyd edək ki, lotereyanın 33 qalibi olacaq və onlar iyulun 10-da  xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

“Qiymətsiz üstünlüklər” kampaniyası iyulun 3-dək davam edəcək.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” eyni zamanda “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 www.demirbank.az

www.facebook.com/demirbank.az

Ən sərfəli krediti almaq üçün müraciət et