“DəmirBank”ın Bayıl filialı yeni ünvanda | Banco.az

“DəmirBank”ın Bayıl filialı yeni ünvanda

“DəmirBank” filial şəbəkəsinin genişləndirilməsi və filialların tərtibatının modernləşdirilməsi istiqamətində aparılan işləri davam etdirir. Belə ki, layihə çərçivəsində “DəmirBank”ın Bayıl filialı artıq yeni ünvanda fəaliyyətini davam etdirəcək. 

Bakı şəhəri, İ.Məmmədov küçəsi 2a ünvanında (Bayraq meydanının yaxınlığında) yerləşən Bayıl filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətlərini göstərməkdə davam edir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-i isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et