DəmirBankda VISA Gold və Platinum kartlarda pullar qayıdır! | Banco.az

DəmirBankda VISA Gold və Platinum kartlarda pullar qayıdır!

DəmirBankda VISA Gold və Platinum kartlarda pullar qayıdır!

DəmirBank-ın 2014-cü ilin avqust ayının 11-dən etibarən VISA Gold və Platinum kart sahibləri üçün xüsusi geri ödəmə (cash back) aksiyası başlamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Visa Gold və Visa Platinum kartları ilə nağdsız ödənişlərin uyğun olaraq VISA Gold sahiblərinə 0,7%-i, VISA Platinum sahiblərinə isə 1,5%-i kart hesabına geri qayıdır.
Aksiya üzrə hesablaşmalar hər ay həyata keçirilir və kart sahibi bu barədə SMS-bildiriş alır. Bu aksiya nağd pul əməliyyatlarına və Card-to-Card köçürmələrinə şamil olunmur.

DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.
DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et