DəmirBankda “Sərfəli Məzənnə” aksiyası davam edir | Banco.az

DəmirBankda “Sərfəli Məzənnə” aksiyası davam edir

DəmirBank təcili pul köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitləri alan müştərilər üçün “Sərfəli Məzənnə” aksiyası davam edir. Artıq Bakı, Sumqayıt şəhəri və regionlarda bir çox müştərilər aksiyamızdan faydalanaraq aldıqları vəsaitləri daha sərfəli məzənnə ilə mübadilə edərək öz pullarına qənaət edirlər.

Aksiya çərçivəsində istənilən bankda pul köçürməsi üzrə vəsait qəbul edən müştərilər vəsaitin daxil olmasını təsdiq edən sənəd ilə DəmirBank-a gələrək Bank üçün təyin edilmiş rəsmi məzənnədən olduqca güzəştli alış kursu ilə valyuta mübadiləsi həyata keçirə bilərlər. Bu aksiya həmçinin Dəmirbankın təcili pul köçürmə sistemlərindən istifadə edən müştərilərə aid edilir. Aksiya 09 Sentyabr 2014-cü il tarixinədək davam edəcəkdir.

Xatırlatmaq istərdik ki, hal-hazırda Dəmirbank Western Union, Blizko, Contact, Coinstar, PrivateMoney, Lider, Forsaj, UPT, Monex sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirir. Həmçinin Bankın Şimşək sistemi vasitəsilə sərfəli tariflərlə ölkədaxili köçürmələrdən faydalana bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bu il Dəmirbank 25 illik yubileyini qeyd edir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et