DəmirBank Sabirabad şəhərində təqdimat keçirib | Banco.az

DəmirBank Sabirabad şəhərində təqdimat keçirib

DəmirBank Sabirabad şəhərində “Nağdsız ödənişlər və onun əhəmiyyəti” mövzusunda təqdimat keçirib

DəmirBank 17 Sentyabr 2014-cü il tarixində Sabirabad şəhərində İcra Hakimiyyətinin dəstəyi ilə şəhər ictimaiyyətinin 80-dən artıq nümayəndəsinin iştirakı ilə geniş miqyaslı tədbir keçirib. Tədbir zamanı iştirakçılara DəmirBankın 25 illik tarixi, nəaliyyətləri həmçinin nağdsız ödənişlər və onların əhəmiyyəti, eyni zamanda tədbirdə iştirak edən sahibkarlara Bankın təqdim etdiyi “Artdıqca Sərfəli” biznes kredit aksiyası barəsində geniş məlumat verilib.

Həmçinin eyni tarixdə filialda “Açıq Qapı” tədbiri keçirilmişdir. Tədbirdə 30-dan artıq müştəri iştirak etmişdir. Bankın nümayəndələri çıxış edərək DəmirBankın fəaliyyəti, tarixi uğurları və üstünlükləri, eləcə də Sabirabad filialı və filialın göstərdiyi xidmətlər, xüsusilə Güzəştli kredit, Artdıqca sərfəli, DəmirTaksit xidmətləri barədə iştirakçılara geniş məlumat veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et