DəmirBank Maldiv adalarına səyahət şansı qazandırır | Banco.az

DəmirBank Maldiv adalarına səyahət şansı qazandırır

“DəmirBank”ın VİSA və ya VİSA Electron plastik kartları ilə Maldiv adalarına bir həftəlik səyahət şansı qazanmaq mümkündür. Belə ki, VİSA plastik kart sahibləri “GoldenPay” sistemi vasitəsilə hesab.az portalında ödəniş etməklə Maldiv adalarına səyahət şansı ilə yanaşı,  10 ədəd televizor, 10 ədəd iPad Mini 3 və 100 ədəd 20 AZN dəyərində hədiyyə kartları qazana bilərlər.

Visa və Visa Electron kart sahibləri kampaniyada iştirak etmək üçün bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə 1 lotereya şansı əldə edir. 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansı 2 dəfə artır.

Ən sərfəli kredit üçün müraciət et

Bir lotereya şansı yalnız bir hədiyyə üçün etibarlıdır.

Qeyd edək ki, qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi yolla seçiləcək. Qaliblərin müəyyən olunacağı lotereya tədbiri isə sentyabrın 3-də “Park İnn” otelində keçiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et