DəmirBank-ın plastik kart sahibləri Karvan turizm agentliyində endirimdən istifadə edə bilər | Banco.az

DəmirBank-ın plastik kart sahibləri Karvan turizm agentliyində endirimdən istifadə edə bilər

DəmirBank-ın bütün plastik kart sahibləri Karvan turizm agentliyinin xidmətlərindən istifadə zamanı Bankın “Kart sahiblərinə endirimlər” proqramı çərçivəsində endirim əldə edə bilərlər.

Kart sahibləri istənilən ölkəyə səyahət paketi sifariş verərkən 7%-lik endirimdən yararlana bilərlər. Qeyd edək ki, Karvan turizm agentliyi Dilarə Əliyeva küçəsi 225 ünvanında, Azərbaycan Dövlət Neft Akademiyasının 1-ci korpusunun yaxınlığında yerləşir. Ətraflı məlumat üçün – 012 493 82 00, 012 493 82 28 və ya www.facebook.com/pages/Karvan-Tourism/380499188733455.

Endirimdən istifadə etmək üçün ödəniş aparan zaman DəmirBank-ın istəniln plastik kartını göstərmək kifayətdir.

DəmirBank ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən bir sıra müxtəlif xidmət və ticarət-əyləncə mərkəzləri DəmirBank-ın “Kart sahiblərinə endirimlər” layihəsinin üzvüdür. Gələcəkdə digər şirkətlərin də bu layihəyə qoşulacağı planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank “5 manata kart” və “Pulsuz kart” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et