DəmirBank-ın Mərkəz filialı 3000-ci kart müştərisini təbrik edib | Banco.az

DəmirBank-ın Mərkəz filialı 3000-ci kart müştərisini təbrik edib

DəmirBank-ın Mərkəz filialı bu il emissiya etdiyi 3000-ci kart sahibini təbrik edib. S.Feyzullayevə mobil danışıq dəqiqələri qazandıran MobilKart plastik kartı, korporativ hədiyyə paketi və mobil telefon hədiyyə olunub.

“Artıq bir neçə ildir ki, DəmirBank-ın Mərkəz filialının müştərisiyəm. Filialda olan müştəri xidməti, əməkdaşların peşəkarlığı məni təkrarən bu filiala müraciət etməyimə səbəb olur. 3000-ci plastik kartın məhz mənə qismət olmasından sevinirəm. Filialın rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, - deyə, S.Feyzullayev bildirib.

Mərkəz filialı DəmirBank-ın ilk və aparıcı filiallarından olmaqla 1996-cı ildən fəaliyyət göstərir. Nizami küçəsi 111 ünvanında yerləşən filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, MobilKart ilə əməliyyat edən müştərilərin kartla dövriyyələrinin 0,4%-i həcmində mobil telefon nömrələrinə DəmirBank tərəfindən danışıq dəqiqələri köçürülür. Bu kartdan Azərbaycanda olan istənilən mobil operatordan istifadə edən müştərilər yararlana bilərlər. Hesablaşmalar hər ay aparılır və müştərinin istifadə etdiyi mobil telefon nömrəsinin balansına danışıq dəqiqələri köçürülür. MobilKart məhsulunun qiyməti 15 AZN olmaqla müştərilərə təklif olunur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et