“DəmirBank” “Contact” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa etdi | Banco.az

“DəmirBank” “Contact” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa etdi

“DəmirBank” “Contact” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib. Bu sistem vasitəsilə dünyanın 80-dan çox ölkəsinə təcili pul köçürmə mümkündür. Köçürmələr manat, ABŞ dolları, avro və ya rus rublu ilə aparıla bilər.

Qeyd edək ki, “DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası çərçivəsində “Contact” sistemi üzrə də pul göndərənlərə və pul alanlara mobil danışıq kartı hədiyyə edilir. Belə ki, Bankın filiallarında ən azı 500 AZN / USD / EUR  və ya 15000 RUR məbləğində pul köçürənə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

 “DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pul köçürmələrini “Contact”la yanaşı, “Western Union”, “Blizko”, “PrivatMoney”, “UPT, Leader”, “Forsaj”, “Monex” sistemləri ilə həyata keçirir. Bank özünün “Şimşək” sistemi ilə isə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et