DəmirBank ASC-nin 25 illik yubileyi ilə bağlı Gənclər arasında tədbir keçirilmişdir | Banco.az

DəmirBank ASC-nin 25 illik yubileyi ilə bağlı Gənclər arasında tədbir keçirilmişdir

DəmirBank ASC-nin 25 illik yubileyi ilə bağlı Gənclər arasında tədbir keçirilmişdir

 

12 Avqust 2014-cü il tarixində Beynəlxalq Gənclər günü münasibəti ilə İB Club gənclər klubu ilə bərabər, Gənclər arasında Dəmir kimi "MÖHKƏM OL!" tədbiri keçirilmişdir. Tədbirdə 250-dən çox müxtəlif təhsil müəssisələrində oxuyan və ya məzun olan tələbə gənclər iştirak etmişdir. Keçirilmiş tədbirdə Gənclərə DəmirBankın 25 illik tarixi, Bankda olan karyera imkanları, Bankın bir sıra əməkdaşlarının uğur hekayələri və həmçinin bir sıra gənclər üçün faydalı məhsul və xidmətlər barədə məlumat verilmişdir.

Həmçinin layihə çərçivəsində Gənclərin "MÖHKƏM OL!" konsepti ilə bağlı düşüncələrini əks etdirən video müsabiqə elan olunmuşdu. Müsabiqənin nəticəsində 3 nəfərin hazırladığı video materiallar yaradıcılıq, konseptə uyğunluq, aktyorluq və digər kriteriyalar üzrə qiymətləndirilərək hədiyyələrə layiq görülmüşdür. Birinci yerə layiq görülmüş video materiala qeyd olunan keçiddə baxa bilərsiniz: https://www.youtube.com/watch?v=pS1M1-xUkP0

Qeyd edək ki, "DəmirBank" fəaliyyət göstərdiyi 25 il ərzində bir çox nailiyyətlər əldə edib və ölkədə aparıcı banklardan birinə çevrilib. Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, Bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 33 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.

Ən sərfəli kredit üçün müraciət et

                                                                                         

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et