“DəmirBank” AMB-nin tələblərini üstələyir | Banco.az

“DəmirBank” AMB-nin tələblərini üstələyir

Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Bunun göstəricisi olaraq, 1 aprel 2015-ci il tarixinə  olan məlumata görə, “DəmirBank” 478.5 mln. manat məbləğində aktivləri ilə Azərbaycanda öncül banklar sırasına daxildir. Bankın məcmu kapitalı 1 aprel 2015-ci il tarixinə  58.8 mln. manat təşkil etmişdir ki, bu da mərkəzi Bankın məcmu kapitala olan tələbini 8.8 mln manat üstələyir. 

“DəmirBank” 2004-cü ildə “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. Bununla yanaşı, ən son valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən sonra “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyi tərəfindən Bank “stabil” proqnozlu “B” reytinqi almışdır. Həmçinin DəmirBank “Planet Rating” agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir ki, bunlar da Azərbaycan bank sektorunda yüksək reytinqlər sırasındadır. Reytinq proqnozları isə bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et